Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tutuquşu təsərrüfatı yaradılıb, cütünü 30-60 manata satır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tutuquşu təsərrüfatı yaradılıb, cütünü 30-60 manata satır

 

Salyanın Kürqaraqaşlı kəndində yaşayan Zeynalovlar ailəsi rayonda ilk dəfə olaraq tutuquşu təsərrüfatı yaradıb.

 

Ailənin 27 yaşlı üzvü Bəhruz Zeynalov artıq yeddi ildir tutuquşu saxlamaqla məşğuldur. Ixtisasca diş texniki olan təsərrüfat sahibinin dediyinə görə əvvəlcə o, iki cüt tutuquşu alıb və onların sayını artıraraq on beşə çatdırıb. Sonra o, təsərrüfatını genişləndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan “Məşğulluq proqramı”nda iştirak etmək üçün Dövlət Məşğulluq Xidmətinin Salyan rayon şöbəsinə müraciət edir və layihəsi bəyənilərək iki ay müddətində Bakı şəhərində keçirilən təlimlərin iştirakçısı olur. Burada ona biznes qurmaq və onun genişləndirilməsi yolları öyrədilir. Sonra ona iki yüz tutuquşu və lazımı avadanlıqlar verilir. Hazırda Zeynalovların təsərrüfatında 270 baş tutuquşu saxlanılır.

 

CÜTÜNÜ 30-60 MANATA SATIR

 

“Korella” və “Valis” növlərini bəsləyən Bəhruz deyir ki, bir cüt tutuquşunu 30-60 manata satmaq mümkündür. Bu da olduqca sərfəlidir. B.Zeynalov gələcəkdə təsərrüfatını daha da genişləndirərək quşların sayını 500-ə çatdırmaq niyyətindədir.

 

 

© Azərtac

 

12.09.2017 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ