Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycana vizasız gəliş imkanları verilən ölkələrin sayı artırıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana vizasız gəliş imkanları verilən ölkələrin sayı artırıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında Azərbaycana vizasız gediş-gəliş imkanları verilən ölkələrin sayının artırılması, elektron vizanın daxil edildiyi ölkələrin siyahısının genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

 

Reklam_3_11

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə aidiyyəti qurumlara sərhəddən sürətli keçidin təmin edilməsi məqsədilə turistlər və yerli vətəndaşlar üçün dövlət sərhədinin buraxılış məntəqələrində əlavə keçidlərin quraşdırılması, sərhəddə sıxlığın yollarda quraşdırılmış interaktiv lövhələr vasitəsilə turistlərə əvvəlcədən bildirilməsi, müvafiq dövlət qurumlarının əməkdaşlarına turistlərlə davranış qaydaları ilə bağlı maarifləndirici təlimlərin keçilməsi və digər istiqamətlərdə bir sıra tapşırıqlar verilib.

 

Qanunvericilikdə edilən son dəyişikliklərdən sonra sürətləndirilmiş elektron vizanın verilmə müddəti 3 gündən 3 saata endirilib. "ASAN Viza" sistemi vasitəsilə elektron vizaların əldə edilməsi üçün müraciət etmək imkanı verilən ölkələrin siyahısı artırılaraq 93-ə çatdırılıb.

 

Hesabatda qeyd edilib ki, dövlət sərhədinin buraxılış məntəqələrində turistlər üçün əlavə keçid zolağının quraşdırılması məqsədilə infrastrukturun yenidən qurulması müəyyən qədər maliyyə vəsaiti tələb edir. Növbəti ilin dövlət büdcəsi hazırlanarkən bu xərclər də nəzərə alına bilər və ya məsələnin həlli istiqamətində alternativ imkanlar dəyərləndirilə bilər.

 

Hesabatda əlavə edilib ki, "Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması" üzrə işçi qrup yaradılıb.

 

Turist axınlarının stabilləşdirilməsi, intensivləşdirilməsi və diversifikasiyası məqsədilə 39 ölkə üzrə vizasız, 10 ölkə ilə hava limanlarında viza rejimi tətbiq ediləcək və elektron viza veriləcək ölkələrin siyahısına 35 ölkənin əlavə edilməsi ilə bağlı müvafiq təkliflər aidiyyəti qurumlara təqdeim olunub.

 

© Trend

12.09.2017 07:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ