Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Ağsaqqallar turizmlə bağlı layihəsini təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağsaqqallar turizmlə bağlı layihəsini təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının "Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında" adlı yeni illik layihəsinin təqdimat mərasimi keçirilib. 


 
Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı Şərafət Şəfa bildirib ki, şura üzvləri müxtəlif layihələrə imza ataraq, hər zaman ictimai-siyasi prosesdə fəal iştirak edirlər.

Reklam_3_11


 
Onun sözlərinə görə, layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliğinə yönəlib:

 

"Layihənin məqsədi turistlərin Azərbaycanın təbiətinə ekskursiyasını təşkil etməkdir. Layihənin icrasında ağsaqqallar, gənclər, turistlər və kənd sakinləri iştirak edəcəklər. Bir daha deyim ki, burada məqsəd mərkəzdə və regionlarda tarixi mədəniyyət abidələrimizin qorunması, təbliği işlərinə dəstək verməklə yanaşı, bu bölgələrdə turizm inkişafına nail olmaqdır. Layihə çərçivəsində 4 dəyirmi masa keçiriləcək".
 


Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov isə deyib ki, Azərbaycanın 10 min illiklərə söykənən tarixi var. T. Bünyadov deyib ki, Azərbaycanın elə nadir abidələri var ki, onlar əvəzsizdir və turistlərin bu yerlərə səfərinin təşkil olunması vacibdir. 

 

Tədbir çıxışlarla davam etdirilib. 

 

© APA

12.09.2017 10:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ