Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın aylıq idxalı 1 milyard dollara yaxınlaşır - İXRAC- İDXAL

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın aylıq idxalı 1 milyard dollara yaxınlaşır - İXRAC- İDXAL
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 12 milyard 523 milyon 794.46 min ABŞ dolları təşkil edib.

 

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi  keçən ilin müvafiq dövrünə nisbətən 9.24% azalmışdır.

 

İdxal əməliyyatları üzrə 5 milyard 300 milyon 784.39 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 4.22% azalmışdır), ixrac əməliyyatları üzrə  7 milyard 223 milyon 10.07 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 12.60% azalmışdır) dövriyə qeydə alınıb. İdxalın azalması ilin ilk aylarında idxalın aşağı olması ilə bağlıdır. İyul və Avqust aylarında idxal kəskin artıb.

 

İXRAC KƏSKİN ARTIB

 

Avqustda ixrac 1 milyard 70 milyon 434.82 min dollar, idxal isə 930 milyon 944.13 min dollar təşkil edib. İyulda ixrac 885 milyon 373.08 min dollar, idxal isə 959 milyon 989.34 min dollar idi.

 

Avqustda saldo müsbət 139 milyon 490.69 min dollar, 8 ay üzrə isə 1 milyard 922 milyon 225 min dollar olub.

 

İyulda saldo mənfi 74 milyon 616 min manat təşkil etmişdi.

12.09.2017 13:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ