Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Dolların məzənnəsi 10% artacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dolların məzənnəsi 10% artacaq"

Qlobal maliyyə bazarı ABŞ dollarının kəskin möhkəmlənməsi tendensiyası ilə üzləşə bilər.   "Rambler" portal xəbər verir ki, bu proqnozla ABŞ-ın "Citigroup" maliyyə holdinqinin baş valyuta analitiki Stiven Enqlander (Stiven Englander) çıxış edib. 

 

Reklam_3_11

Onun sözlərinə görə, əgər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 1980-ci ildən bəri ən geniş iqtisadi stimullaşdırma proqramının həyata keçirilməsinə nail olarsa, dollar qlobal valyuta bazarında güclənəcək. Qeyd edək ki, Trampın seçkiöncəsi kampaniyasında səsləndirdiyi prezident proqramında yalniz nəqliyyat infrastrukturunun inkişafına 550 mlrd. dollar investisiya qoyulacağı bildirilib.

 

"Bloomberg" agentliyi isə qeyd edir ki, S.Enqlanderin fikrincə, Tramp və Konqres ABŞ iqtisadiyyatının stimullaşdırılması proqramını həyata keçirə bilsə, dolların məzənnəsinin avro və yenə qarşı 10%-dən çox möhkəmlənə bilər. Nəticədə, avro dollarla müqayisədə 90 sentə düşə, Yaponiyada isə dollar 130 yenə yüksələ bilər: "Trampın proqramı Ronald Reyqan dönəmindən sonra ABŞ üçün ən böyük fiskal "şok" ola bilər". 

 

Xatırladaq ki, D.Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra rəsmən prezidentliyə başlayacaq.

 

© Report

09.01.2017 07:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ