Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Pul köçürmələri artıq Sizin kartınızda!”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Pul köçürmələri artıq Sizin kartınızda!”

Expressbank təcili pul köçürmələri üzrə müştərilərinə yeni xidmət təqdim edir. Onlar artıq “Lider” təcili pul köçürmə sistemi vasitəsi ilə adlarına göndərilən vəsaiti dərhal Expressbank kartlarının hesablarına ala və ya dünyanın istənilən VİSA və MasterCard tipli plastik kartlarına RUB, USD və EUR valyutalarında pul köçürmələri edə bilərlər. Əməliyyatın aparılması proseduru son dərəcə sadə və rahatdır.

 

Reklam_3_11

Həmçinin Expressbank-ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart vasitəsi ilə qazanırlar. Pul Kart müştərilərə hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul Karta yerləşdirə bilirlər.

 

Qeyd edək ki, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin Zolotaya Korona, Contact, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

13.09.2017 07:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ