“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü
Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir.
Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru oldu.
Sentyabr ayının 10-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – doqquzuncu mövsümü start götürdü. “Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanır.
Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2017” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.
“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq üçüncü “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar” məhsul, xidmət, tarif və kampaniyaları haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
4 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
4 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
5 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
5 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 5 saat əvvəl
-
6 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
6 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl