Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bazarlar Fed-in 2017-də təkrar faiz artıracağına hələ də ehtimal verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarlar Fed-in 2017-də təkrar faiz artıracağına hələ də ehtimal verir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
Fed-in bu il daha bir dəfə faiz artıracağı ehtimalı, bazarlarda bundan bir neçə gün əvvəl çox aşağı ikən, bu ehtimal yüksəlməyə başlayıb.


 
"Marja" xəbər verir ki, Fed spekulyasiyalarına ən həssas maliyyə vasitələrindən biri olan avro/dollar müqavilələri, bəzi investorların Fed-in 2017-də daha bir dəfə faiz artıracağını gözlədiyini göstərir. Ötən həftə ehtimal 25% idi.


 
Bazarlarda ehtimalın artmasına, Çin və Böyük Britaniyada güclü çıxan inflyasiya göstəriciləri təkan verib. Bu da qlobal reflyasiya ehtimallarını azaldıb. 

 

ABŞ-da Cümə axşamı və Cümə günü açıqlanacaq göstəricilər, Fed-in gələn həftəki toplantısında tonunu dəyişməyə səbəb ola bilər.


 
Cümə axşamı günü (14 sentyabr) ABŞ-da istehlakçı qiymətləri indeksi (inflyasiya) açıqlanacaqdır. Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq inflyasiyanın avqustda iyula nisbətən 0,3% artacağı gpözlənilir. Baza inflyasiyanın aylıq 0,2%, illik isə 1,6% artacağı gözlənilir. Fedin böyük əhəmiyyət verdiyi baza inflyasiya iyulda illik 1,7% artmışdı.


  
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı (Fed) inflyasiyanın aşağı qalması səbəbindən faiz artırmağı təxirə salır. Əgər inflyasiya zəif qalarsa Fed-in Dekabrda faiz artıracağı ehtimalı daha da azalacaqdır. Belə bir vəziyyət Dolları daha da ucuzalşdıra bilər.

13.09.2017 08:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ