Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Urbanizasiyanın yaratdığı çətinliklər Bakıda müzakirə olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Urbanizasiyanın yaratdığı çətinliklər Bakıda müzakirə olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2050-ci illərdə gözlənilir ki, bugünkü 54% nisbətən, əhalinin üçdə iki hissədən çoxu şəhərlərdə yaşayacaq.

 

Baxmayaraq ki, mütəşəkkil və səmərəli şəhərlərin bir çox faydaları olsa da, biz bu sürətli, çox vaxt planlaşdırılmamış urbanizasiyanın dərin sosial sabitlik riskləri, tənqidi infrastruktur riskləri, potensial su böhranları və xəstəliyin dağıdıcı yayılması potensialı ilə nəticələnə biləcəyini bilməliyik.

 

Bir çox ölkələr üçün böyük problemə çevrilən urbanizasiyanın həlli üçün konkret tədbirlər planları hazırlanmalıdır.

 

Bu fikir oikos Bakı tərəfindən "Dayanıqlı Urbanizasiyada Liderlik" mövsuzunda təşkil olunan beynəlxalq Mərkəzi və Şərqi Avropa Regional Görüşündə səslənib. 7-10 sentyabr tarixlərində Bakıda keçirilən 4 günlük tədbir yerli və xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, seminarlarda 20 beynəlxalq, 30 yerli nümayəndə iştirak etdi.

 

Görüşün birinci gününün ən yadda qalan hissəsi “Dünya və İnsan” adlı teatr tamaşası olub. Urbanizasiyanın yaratdığı çətinliklər isə “Green Baku”-un təsisçisi Samir Qədirov və “Green Building Council, Azerbaijan”-ın baş icraçı direktoru Fuad Bağırov və Ernst&Young Azərbaycan şirkətinin nümayəndisi Orxan Rəcəbov və Zülala Abdulazizova tərəfindənmaraqlı məruzələrdə vurğulandı. Sonrakı gün Fuad Bağırov, PİLLƏ təşkilatının təsisçilərindən Müslüm İmranlı və ADA Universitetinin professoru Anar Vəliyev tərəfindən “Urban planning” və “Divided Cities” mövzusunda panel diskussiyalar isə daha çox problemin həlli yollarına aydınlıq gətirdi.

 

Tədbirin sonuncu günü Mərkəzi və Şərqi Avropa Regional Görüşü iştirakçıları Azərsun Holdinqin Kağızın Yenidən Emal fabrikində iş prosesi ilə tanış oldular.

 

Qeyd edək ki, oikos təşkilatı dayanıqlı inkişaf konsepsiyasını irəli sürən ən önəmli beynəlxalq tələbə təşkilatlarından biridir. Təşkilatın 21-dən cox ölkədə 40-a yaxın yerli şöbələri fəaliyyət göstərir. oikos beynəlxalq birliyinin 1000 tələbə və 3000-dən çox məzun olmuş şəxslərdən ibarət professional komandası mövcuddur və bu komandanın təsir əhatəsi 50000 tələbə və gənci əhatə edir.

 

oikos davamlı dəyişiklik faktorunun təşviqi üçün aparıcı istinad nöqtəsidir. oikos Baku təşkilatı da bu məqsədlə yaranan təşkilatlardan biridir və məqsədi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf, sahibkarlıq, ekologiya, enerji təhlükəsizliyi və sosial tərəqqi mövuzları altında gəncləri bir araya toplamaq, interaktiv mərkəzlər yaratmaq, sosial-ictimai tədbirlər, kiçik sahibkarlıq layihələri, biznes və innovativ yeniliklər üzrə proqramlar formalaşdırmaq və tədris proqramları həyata keçirməkdir.

13.09.2017 08:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ