Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstanın Azərbaycana olan borcu azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanın Azərbaycana olan borcu azalıb

2017-ci il 31 avqust tarixinə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana dövlət borcu 8,995 mln. dollar təşkil edir.


 
Gürcüstanın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 31 iyul tarixinə olan göstərici ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 0,347 mln. dollar azalıb.


 
Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin ümumi həcmi 4,946 mlrd. dollar təşkil edib ki, bunun da 4,901 mlrd. dolları hökumətin payına düşür.

 

Qonşu ölkənin ən çox Almaniya (289 mln. dollar), Yaponiya (210 mln. dollar) və Fransaya (132 mln. dollar) dövlət borcu var.


 
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln. dollar təşkil edir.

 

© APA

13.09.2017 08:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ