Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qəbələdə əməliyyat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qəbələdə əməliyyat

 Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Qəbələdə keçirdiyi əməliyyat zamanı qadağan olunan dini təyinatlı ədəbiyyat, video və audiokaset, kustar üsulla hazırlanan xəncər aşkar edilərək götürülüb.


Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Reklam_3_11


Məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakiniləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.


B.Qasımov və E.Tahirov RPŞ-yə gətirilərək izahatları alınıb, götürülən əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

13.09.2017 10:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ