Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Alibaba"nın qurucusundan gözlənilməz şou - VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Alibaba"nın qurucusundan gözlənilməz şou - VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tamaşaçılar heyrət və heyran qalıblar  


 

Dünyanın ən böyük internetdən alış-veriş şirkəti Çinin "Alibaba" şirkətinin qurucusu Jack Ma şoumənliyi ilə tanınır. 

 

"Marja" xəbər verir ki, 8 Sentyabrda "Alibaba"nın 18 yaşı tamam olub. Bu münasibətlə keçirilmiş tədbirdə, Ma, böyük bir çıxışa imza atıb. Qara-qızılı rənglərdə bir maska taxan Ma motosikletlə səhnəyə çıxıb, əlini yelləyib, Michael Jackson-un "Billie Jean"da etdiyi hərəkətləri həyata keçirib.


 
"Alibaba"nın illik yığıncağına dəvət edilən işçilər, maskanın altında kimin gizləndiyinin fərqində deyildi. Ma maskanı çıxaranda isə heyrət və heyran qalan tamaşaçılardan güclü alqış alıb. Ma, sonra səhnəyə "Alibaba" rəhbərlərini dəvət edib.


 
Ma-nın şirkətinin 18 yaşını belə bir çıxışla təbrik etməsinin bir səbəbi var. Şirkətin səhmləri, 2017-ci ilin Yanvar ayından bu yana bahalaşır və şirkətin dəyəri bu günlərdə 400 milyard dolları keçir. Beləliklə, "Alibaba", "Amazon"un "dünyanın ən böyük e-ticarət şirkəti adını da təhdid etməyə başlayıb.


 
İLK DEYİL


 
Gerçəkləşən bu çıxış, Ma üçün bir ilk deyil. 2009-ci ildə şirkətin yaranmasının 10-cu ildönümündə müğənni  kimi geyinən Ma, "Can You Feel The Lav Tonight" parçasının bir hissəsini ifa etmişdi.


 
Çinli iş adamı Jack Ma, e-ticarət sahəsində fəaliyyət göstərən Alibaba Groupun təsisçisi və sədridir. Forbesirəqəmlərinə görə 21.4 milyard dollarlıq sərvətiilə Çinin ikinci, dünyanın isə 33-cü ən varlı adamıdır.

13.09.2017 11:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ