Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 4300-ə yaxın yeni şirkət yaradıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 4300-ə yaxın yeni şirkət yaradıldı

2008-2017-ci illərdə Vergilər Nazirliyində 36,254 min hüquqi şəxs “bir pəncərə” sistemi vasitəsilə qeydiyyatdan keçib. Bu barədə Hüquqi şəxslərin dövlət qediyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bəyan edib.

 

Reklam_3_11

“2008-2017-ci illərdə 36,254 min hüquqi şəxs, həmçinin cari ilin yanvar-avqust aylarında 4,282 min hüquqi şəxs “bir pəncərə” sistemi vasitəsilə qeydiyyatdan keçib”, - S.Seyidəhmədli “Vergilər” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, 2008-2017-ci illərdə bu sistem vasitəsilə xarici kapitalla 5,47 min hüquqi şəxs, həmçinin cari ilin 8 ayı ərzində 558 şəxs qeydiyyatdan keçib.

 

Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.

13.09.2017 13:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ