Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan bu ölkəyə ixrac 2874 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan bu ölkəyə ixrac 2874 dəfə artıb

Bu ilin 8 ayı ərzində 2016-cı ilin ilk 8 ayına nisbətən Azərbaycanın 6 ölkəyə ixracı dəfələrlə artıb.

 

Reklam_3_11

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ölkələr Danimarka (13 dəfə), Kipr (25 dəfə), Lüksemburq (610 dəfə), Keniya (2874 dəfə), Qətər (79 dəfə), Serbiyadır (13 dəfə).

 

Azərbaycanın ixracı Qətərə 43.10 min dollardan 3 milyon 419 min dollara, Keniyaya 0.05 min dollardan 148.72 min dollara, Lüksemburqa ixracı 25.47 min dollardan 15 milyon 533 min dollara, Kiprə ixracı 1 milyon 29 min dollardan 25 milyon 690 min dollara, Danimarkaya ixracı 34.48 min dollardan 445.74 min dollara, Serbiyaya ixracı isə 1.38 min dollardan 18.04 min dollara qalxıb.

 

2017-ci ilin 8 ayında Azərbaycan 180 ölkə ilə xarici ticarət əlaqəsində olub (2016-nın eyni dövründə 173 idi). Azərbaycandan 50 ölkəyə ixrac artıb.

 

2017-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 7 mlyard 223 milyon dollar təşkil edib. 2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycan 8 milyard 264 milyon dollar ixraca nail olmuşdu.

 

Azərbaycan ən çox malı İtaliya, Türkiyə, Çin, Rusiya və Gürcüstana ixrac edir. Ən çox malı isə Rusiya, Türkiyə, Çin, ABŞ və Almaniyadan alırıq.

13.09.2017 13:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ