Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sabah dövriyyəyə girəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah dövriyyəyə girəcək

İngiltərədə, üzərində məşhur İngilis qadın yazıçı Ceyn Austenin (Jane  Austen) portretinin yer alacağı yeni plastik 10 funt-sterlinq əskinas sabah dövriyyəyə girəcək.



 
İngiltərə zərbxanası (The Royal Mint) keçən il dövriyyəyə buraxılan yeni plastik 5 funt-sterlinqdən sonra sabah yeni plastik 10 funt-sterlinq əskinasın dövriyyəyə daxil olacağını açıqlayıb.


 
"Marja" xəbər verir ki, yeni 10 funt-sterlinqin üzərində İngilis alimi Çarlz Darvinin (Charles Darwin) yerinə İngilis qadın yazıçı Ceyn Austenın rəsmi yer alacaq.


 
Zərbxana ilk çap edilən yeni 10 funt-sterlinqi Kraliça Yelizavetaya, ikincisini həyat yoldaşı Şahzadə Filipə və üçüncüsünü İngiltərənin Baş naziri Tereza Meyə təqdim edəcək.


 
Yeni plastik banknotlar əvvəlkilərə nisbətən daha dözümlü olmaqla yanaşı holoqram və rəng dəyişdirən cizgilərin istifadə edilməsi səbəbilə daha etibarlıdır.

 

Plastik 10 funt-sterlinq əskinasın dövriyyəyə daxil olması ilə köhnə 10 funt sterlinqlər 2018-in bahar aylarına qədər dövriyyədə qalacaq. İngiltərə Mərkəzi Bankı (BoE) mərhələli olaraq köhnə 10 funt sterlinqləri dövriyyədən çıxaracaq.


 
Yeni 10 funt-sterlinq üzərində şəkli yer alacaq olan Ceyn Austen, 19-cu əsrdə yaşamış Böyük Britaniyanın ən məşhur qadın yazıçılarından biridir. Müəllif  "Ağıl və Həssaslıq", "Qürur və qərəz", "Mansfield Park" kimi bir çox məşhur əsəri ilə tanınır.

13.09.2017 19:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ