Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Kaspersky" qadağan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kaspersky" qadağan edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi, "milli təhlükəsizlik riski" olduğu üçün Rusiyanın  "Kaspersky Lab" adlı şirkətinin proqramlarının Amerika federal qurumlarında istifadə edilməməsini tələb edib.


 
"Marja" xəbər verir ki, Rusiya şirkətinin məhsulları ilə bağlı olaraq Daxili Təhlükəsizlik Nazirinin vəkili Elaine Duke, federal qurumlara yazılı bir təlimat göndərib.


 
Təlimatda, "Kaspersky Lab" şirkətinin istehsal etdiyi bütün proqram təminatlarının ABŞ hökumətinə bağlı qurumlarda artıq istifadə edilməməsi tələb olunub və müvafiq şirkətin Rusiya hökuməti ilə əlaqəli olduğundan narahatlıq keçirdikləri qeyd olunub.
 
 
Nazirliyin təlimatında sözügedən şirkət  məhsullarının "kompyuterdəki fayllara geniş bir şəkildə daxil ola bildiyi və məxfiliklə bağlı problemlərə səbəb ola biləcəyi"  qeyd edilərək, "Nazirlik, Kaspersky rəsmiləri ilə Rusiya kəşfiyyatı və digər hökumət qurumları arasında əlaqələr olduğundan narahatdır" ifadəsi istifadə edilib.


 
Göstərişi həyata keçirmələri üçün təşkilatlara 30 gün vaxt verən Nazirlik, 3 aylıq müddətdə bütün Kaspersky məhsullarının sistemlərdən silinəcəyini qeyd edib.


 
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trumpın kiber təhlükəsizlik sahəsindəki koordinatoru Rob Joyce, Daxili Təhlükəsizlik Nazirliyinin qərarını "risk əsaslı bir qərar" olduğunu dilə gətirib.


 
Məsələ ilə bağlı yazılı bir açıqlama edən Kaspersky şirkəti isə ABŞ rəhbərliyinin yeni addımını "tamamilə əsassız" olaraq səciyyələndirib.

14.09.2017 05:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ