Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft, tələb gözləntiləri ilə 5 həftənin zirvəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, tələb gözləntiləri ilə 5 həftənin zirvəsində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, Beynəlxalq Enerji Agentliyinin (IEA) və OPEC-in tələbat proqnozlarını qaldırmasının ardından beş həftənin ən yüksək səviyyəsinə qalxıb.


 
"Marja" xəbər verir ki, neft Nyu-Yorkda, əvvəlki üç seansda 3.8 faiz bahalaşıb.

Reklam_3_11

 

IEA, Çərşənbə günü etdiyi açıqlamada, qlobal neft tələbində bu il 2015-ci ildən bu yana ən sürətli artım olacağını qeyd edib. 

 

OPEC Çərşənbə axşamı günü, Avropa və Çində artacaq istehlaka görə, 2018-ci ildə qlobal təlabatın artacağını bəyan edib.


 
Digər tərəfdən, mövzu haqqında məlumata malik mənbələrə görə, OPEC və tərəfdaşları Mart ayında sona çatacaq hasilatın azaldılması sazişini daha 3 ay   uzatmaq məsələsini müzakirə edirlər.


 
Analitiklər bildirirlər ki, bazarın yenidən tarazlaşdığına dair işarələr var. ABŞ-da şist nefti hasilatı yəqin ki, dördüncü rübdə azalacaq və bu vəziyyət neftin 50 dolların üzərində qalmasına dəstək verəcəkdir.


 
Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, ABŞ xam nefti Nymex bazarında 49.30 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında  55.05 dollardan alıcı tapıb.

14.09.2017 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ