Mobil manşet üstü reklam-3_21

Neft qiymətləri proqnozları dəyişmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri proqnozları dəyişmədi

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə olan neft qiymətləri proqnozunu qoruduğunu bildirib.


 
EIA-nın sentyabr ayı hesabatı dərc olunub.


 
"Marja" xəbər verir ki, hesabatda, Brent tipli xam neftin barel qiymətinin orta hesabla bu il 51 dollar səviyyəsində olmasının, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin barel qiymətinin də orta hesabla  49 dollar olmasının gözlənildiyi qeyd olunub.


 
 Beləliklə, hər iki neft növünün barrel qiyməti, EIA-nın avqust ayı hesabatı ilə müqayisədə dəyişdirilmədi.


 
Həmçinin gələn ilə dair Brent tipli xam neftin barrel qiyməti proqnozu da 52 dollarda, WTI növü xam neftin barrel qiyməti təxmini də 50 dollarda saxlanılıb.

 

Gələn  ilə dair neft hasilatı proqnozu aşağı salındı


 
 EIA, sentyabr ayı hesabatında ABŞ-ın gələcək ilə dair xam neft hasilat proqnozunun aşağı saldığını bildirib.


 
Keçən aykı hesabatda ABŞ-ın 2018 xam neft istehsal proqnozu gündəlik orta hesabla 9,9 milyon barel olaraq təxmin edilərkən, bu aykı hesabatda sözügedən hasilat proqnozunun gündəlik orta hesabla 9,8 milyon barrelə endirldiyi qeyd edilib.


Bu ilə dair gündəlik orta hesabla xam neft istehsal gözləntisi isə dəyişdirilməyərək 9,3 milyon barreldə sabit saxlandığı  bildirilib.


 
Ölkədə ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon, keçən ay isə gündəlik orta hesabla 9,3 milyon barrel olmuşdu.


 
 Qlobal neft hasilat proqnozları yenilənib


 
Qlobal neft hasilatına dair proqnozunu da yeniləyən EIA, dünya üzrə neft hasilatı proqnozunu bu il üçün aşağı salıb, gələn il üçün isə yuxarı qaldırıb.
 


Hesabata görə, qlobal neft istehsalının bu il gündəlik orta hesabla 98,4 milyon barel əvəzinə 98,3 milyon barel, gələn il isə gündəlik orta hesabla 100,2 milyon barel əvəzinə 100,3 milyon barel olması təxminini edib.


 
EIA, bu il və gələcək ilə dair qlobal neft istehlakı proqnozlarını isə aşağı salıb.


 
Hesabata görə, qlobal neft istehlakının bu il gündəlik orta hesabla 98,4 milyon barel əvəzinə 98,3 milyon barel, gələn il isə gündəlik orta hesabla 100 milyon barel əvəzinə 99,5 milyon barel olması nəzərdə tutulur.

14.09.2017 07:08

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ