Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR nəhəng layihədəki payını 2 dəfə artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR nəhəng layihədəki payını 2 dəfə artırır

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı iki dəfədən çox artacaq.


“Reuters” agentliyi xəbər verir ki, bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.


Onun sözlərinə görə, yeni müqavilədə şirkətin payının 11,6%-dən 25%-ə qədər artması gözlənilir. 


Qeyd edək ki, bu gün AÇG yataqlar blokunun işlənməsi üzrə müqavilənin 2050-ci ilə qədər uzadılması ilə bağlı yeni Hasilatın Pay Bölgüsü Sazişi (PSA) imzalanacaq. 


Ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.


AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.


AÇG blokunun işlənməsi üçün mövcud PSA 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb.


AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.
“AÇG” blokunda 6 hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən Səngəçal terminalı ilə birləşdirilib. Hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarına ixrac edilir.

 

© Report

14.09.2017 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ