İpoteka kreditində liderliyini qoruyub saxlayan Bank!

Bu günə olan göstəricilərə əsasən ipoteka xətti ilə kredit rəsmiləşdirən banklar arasında, liderliyi qoruyub saxlayan AGBank-ın ümumi ipoteka krediti portfeli bu günə 56,3 mln manat təşkil edir.

 

“Marja” xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda deyilir.

 

Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur.

 

2016- cı ildə isə bank tərəfindən yenidən ipoteka kreditləri verilməyə başlanıb və 14 sentyabr 2017 ci il tarixinə qədər yeni ipoteka şərtləri ilə 11 335 682 manat məbləğində artıq ipoteka krediti verilib.

 

İpoteka kreditləri AGBank-ın Bakıda “Elmlər”, bölgələrdə isə “Gəncə”, “Yevlax” və “Ağdaş” filiallarında rəsmilləşdirilir.

 

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.


Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmətinizdədir.

14 Sentyabr 2017 , 12:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin