Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Buna nail olan ilk şirkət Apple ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Buna nail olan ilk şirkət Apple ola bilər

Çərşənbə günü yeni telefonlarını təqdim edən texnologiya nəhəngi Apple, bu il başaçatmadan dəyəri 1 trilyon dollara çatan ilk açıq şirkət (ASC) ola bilər.


 
Apple-ın hazırkı dəyəri 830 milyard dollar həcmindədir. "Marja" "Reuters"ə istinadən xəbər verir ki, hər yeni iPhone modelinin bazara çıxarılması ilə il ərzində Apple-ın səhmləri orta hesabla 33 faiz dəyər qazanıb.


 
Apple ilk iPhone modelini 9 Yanvar 2007-ci ildə təqdim etmişdi. Yeni modellərin çıxmasından sonrakı yeddi ildə Apple səhmləri bahalaşıb, üç ildə isə düşüb.


 
 Bazar dəyəri 13 rəqəmli saya çıxan ilk açıq şirkət olması üçün Apple səhmlərinin 20% dəyər qazanması lazımdır.
 


Şirkətin səhmləri ilin əvvəlindən bu yana Nyu-York Birjasında 37 faiz dəyər qazanmışdır. Apple səhmləri Çərşənbə günü 160.86 dollardan bağlanıb.

14.09.2017 13:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ