Mobil manşet üstü reklam_21

PAŞA Sığorta şirkəti yeni tədris ili qabağı məktəbliləri sevindirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Sığorta şirkəti yeni tədris ili qabağı məktəbliləri sevindirdi

Davamlı olaraq KSM (Korporativ Sosial Məsuliyyət) layihələr keçirən PAŞA Sığorta şirkəti bu dəfə təhsilə və elmə dəstək məqsədi ilə  Azərbaycanın cənub zonasında yaşayan bu il birinci sinifə gedəcək uşaqları sevindirib.

 

Reklam_3_11

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, 8 sentyabr tarixində PAŞA Sığorta şirkətinin nümayəndələri Lənkəran Dövlət üniversitetinin akt zalında bu il məktəbə gedəcək Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarında yaşayan bir sıra az təminatlı ailələrin uşaqlarının iştirakı ilə əyləncəli tədbir keçirib. 

 

Tədbirdə həmçinin uşaqları əyləndirmək üçün bir neçə maraqlı viktorinalar təşkil olunub.

 

Tədbir zamanı iştirakçılara məktəbli formaları və bütün ehtiyac duyulan ləvazimatlarla doldurulmuş məktəbli çantaları paylanılıb.  

 

"Qeyd edək ki, tədbirdə  200-ə yaxın iştirakçı var idi. Tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmişdir",- məlumatda deyilir.

 

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

14.09.2017 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ