Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Müflis “Yeni Həyat” Zərifə Əliyevadakı binanı tikmiş şirkətdir" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Müflis “Yeni Həyat” Zərifə Əliyevadakı binanı tikmiş şirkətdir" - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair “Yeni Hayat Şirkətlər Qrupu” MMC rəsmi açıqlama yayıb.

 

Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada deyilir:

 

"Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır. Bunlar "Grand Hayat "MTK – Bakı şəhəri Tbilisi prospekti 1054 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, "Hayat Palace" MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, "Park Azure" MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, "Megafun AVM" - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi, komplekslərə xidmək göstərən "Hayat Management MMC"dir.

 

Müflis elan edilməsi barədə xəbər yayılmış "Yeni Həyat" MMC Zərifə Əliyeva 55 (binanın görüntüsü əlavə olunur) ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır (fəaliyyətin dayandırılması haqqında haqqında arayış əlavə olunur) və binaya xidmətin göstərilməsi üçün Hayat Management MMC-yə təhvil verilmişdir". 

 

"ƏKS HALDA MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏYİK"

 

Şirkətlər qrupu, KİV-lərdən Yeni Həyat Şirkətlər Qrupunun müflis olması haqqında yerləşdirilən yalnış məlumatın qısa müddət ərzində təqdim edilən düzgün məlumatlarla dəyişdirilməsini xahiş edir.

 

"Əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq barənizdə hüquqi orqanlarına müraciət ediləcəkdir".

14.09.2017 17:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ