Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şimali Koreya raket buraxdı, Yaponiyanın üstündən keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şimali Koreya raket buraxdı, Yaponiyanın üstündən keçdi

Cənubi Koreya ordusu, Şimali Koreya tərəfindən paytaxt Pyongyangdan növü müəyyən edilməmiş bir raket atıldığını açıqlayıb.



 
Yonhap xəbər agentliyinə görə, Cənubi Koreya Baş Qərargah Rəhbərliyi tərəfindən edilən açıqlamada, "Şimali Koreya, Pyongyang, Sunan yaxınlığında səhər saat 06.57 radələrində bir raket buraxıb. Raket Yaponiyanın üstündən keçərək Şimali Sakit Okeana çatıb",-ifadələrinə yer verilib.


 
 Ordu, həmin raketin 770 kilometr yüksəkliyə çatdığını, havada 3 min 700 kilometr məsafə qət etdiyini bildirib.


 
 Açıqlamada, Cənubi Koreya və ABŞ-ın sözügedən atışı ilə bağlı məlumatları təhlil etdikləri bildirilib.


 
CƏNUBİ KOREYADAN TƏLİM


 
Cənubi Koreyanın Dövlət Rəhbərliyi Pyongyangın raket sınağından dərhal sonra Milli Təhlükəsizlik Şurasının iclasını keçirilib və ordu Şərq Dənizində balistik raket təlimi keçirib.


 
Yapon dövlət televiziyası NHK isə Şimali Koreyanın raketi Yaponiyanın şimal-şərqinə doğru atmış ola biləcəyini bildirib.


 
Şimali Koreya, 29 Avqustda Hwasong-12 tipli orta mənzilli bir balistik raket atmış, Yaponiyanın üstündən keçən raket Sakit Okeana düşmüşdü.


 
Pyongyang, 3 Sentyabrda da 2006-ci ildən bu yana ən güclü və 6-cı nüvə sınağını keçirmişdi. Bu sınağın ardından ABŞ tərəfindən hazırlanan və Şimali Koreya rəhbərliyinə yeni iqtisadi sanksiyalar tətbiq olunmasını ehtiva edən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qəbul edilmişdi.

 

Şimali Koreyanın raket buraxmasından sonra qızıl bahalaşıb və unsiyası 1331 dollar olub.

15.09.2017 05:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ