Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu rayon qısa vaxtda 600 tona yaxın “ağ qızıl” yığdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu rayon qısa vaxtda 600 tona yaxın “ağ qızıl” yığdı

Kürdəmir rayonunda kütləvi pambıq yığımına başlanılıb və qısa vaxtda 600 tona yaxın “ağ qızıl” toplanılıb.

 

Reklam_3_11

Rayon icra hakimiyyətindən bildirilib ki, tədarük edilən xam pambıq Kürdəmirin Sor-Sor kəndi ərazisində “MKT-İK” MMC tərəfindən tikilən və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qarabucaq qəsəbəsi ərazisində inşa olunan 2 qəbul məntəqəsinə təhvil verilir. İndiyədək yığılan məhsulun 400 tondan çoxu qurudularaq həmin qəbul məntəqələrinə göndərilib.

 

Qeyd edək ki, rayonda məhsul yığımına 2000 nəfərədək sakin cəlb olunub. Hazırda yığım kampaniyası sürətlə davam edir. Yenikənd, Böyük Kəngərli, Qocalı, Pirili, Köhünlü, Şilyan, Qarasu və bir sıra digər ərazi vahidlərində pambıq tarlalarından bol məhsul götürülür.

15.09.2017 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ