Mobil manşet üstü reklam-3_21

Vergilər Nazirliyi Azərbaycanda rəqəmsal transformasiya prosesinin zirvəsindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi Azərbaycanda rəqəmsal transformasiya prosesinin zirvəsindədir

12-13 sentyabr 2017-ci il tarixlərində PwC şirkəti Microsoft ilə birgə Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün “Blokçeyn” texnologiyaları mövzusunda seminar keçirib.

 

Reklam_3_11

PwC-dən “Marja”ya daxil olmuş məlumata görə, şirkətin Qlobal Vergi İdarəetməsi üzrə Məsləhət Xidmətləri komandası və Microsoft şirkətindən olan mütəxəssislər seminar iştirakçılarına Vergi hesabatlarının vergi qanunvericiliyinə uyğun hazırlanması, iqtisadiyyatın rəqəmsallaşması sahəsində ən son tendensiyalar və onun vergi sistemi və idarəetməsinə təsiri ilə bağlı məlumat vermişdir.

 

Mütəxəssislər, həmçinin yeni texnoloji həll yollarından istifadə etməklə, effektiv vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər vermişdir.

 

Seminarda xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilmişdir.

 

Seminarın proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri otuzdan artıq vergi mütəxəssisinin də iştirak etdiyi interaktiv sessiyalar təşkil etmişdir. 

 

“Texnoloji transformasiyanın tətbiqi PwC-nin Azərbaycanda və qlobal səviyyədə strateji prioritetlərindən biridir. Son zamanlar hökumət və biznes idarələri səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və risklərin idarə edilməsi üçün texnologiyalardan istifadə edilməsinin dəyərini anlayır. PwC olaraq biz bilik və təcrübəmizi istifadə etməyə və rəqəmsallaşdırma prosesində Azərbaycanı dəstəkləməyə hazırıq”,- şirkətin məlumatında deyilir.

 

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir.  Biz bu məqsədə müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməklə nail oluruq. PwC-nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

 

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 223,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.  

 

15.09.2017 07:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ