Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda qızıl bahalaşmağa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qızıl bahalaşmağa başlayıb

ABŞ və Şimali Koreya arasındakı gərginlik və Dolların ucuzlaşması ilə əlaqədar olaraq qlobal bazarlarda qızıl bahalaşıb. Bu gün səhər Şimali Koreya növbəti raket buraxdıqdan sonra qızılın unsiyasının (31,1 qram) qiyməti 1334 dollaradək qalxıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, dünya bazarlarında qızılın bahalaşması ilə əlaqədar olaraq Azərbaycanda da qızılın alış və satış qiymətləri qalxır.

 

“Marja”nın qızıl ticarətçilərindən əldə etdiyi məlumata görə, yayın ortalarında 583 və 585 əyarlı “lom” qızıl 38,5-39,5 manata, 750 əyar qızıl isə 49-50 manata alınlırdı. Son bir ay ərzində qızılın alış qiymətində  təxminən 1-1,50 manat artım olub. Hazırda 583 və 585 əyarlı “lom” qızıl 40-40,5 manata, 750 əyarlı qızıl isə 50,5-51 manata alınır.

 

Satıcılar qeyd edir ki, bir müddət öncə dünya bazarında qızılın unsiyası 1341 dollara qalxan zaman qızılın alış qiymətində 2,5 manatadək bahalaşma olmuşdu. Sonradan dünya bazarında qızıl bir qədər düşdüyündən Azərbaycanda da alış qiyməti təximinən 1 manat gerilədi.

 

Zinət əşyası şəkilində qızılın satış qiyməti isə 583 və 585 əyarlı üçün minimum 55 manat, 750 əyarlı üçün isə minimum 65 manat təşkil edir.

 

Analitiklər dünya bazarlarında qızılın unsiyasının 1400 dollaradək bahalaşcağın gözləyirlər.

15.09.2017 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ