Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Buna görə əhali kreditləri qaytarmaqda çətinlik çəkir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Buna görə əhali kreditləri qaytarmaqda çətinlik çəkir"

"2016-cı ildə problemli kreditlərin həcmi 1,6 milyard manat idisə, indi bu göstərici artaraq 1,8 milyard manatı keçib".

 

Reklam_3_11

Bunu, 2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən ilk iclasında millət vəkili Vahid Əhmədov deyib.


 
Millət vəkili ölkədə hələ də kreditlər üzrə faizlərin yüksək olduğundan narahatlığını diqqətə çatdırıb: "Biz görürük ki, bankların kredit faizləri çox yüksəkdir. Kredit faizləri 28-30%-ə çatır. Buna görə də əhali kreditləri qaytarmaqda çətinlik çəkir".

 

Mərkəzi Bankın yürütdüyü pul-kredit siyasəti nəticəsində manatın məzənnəsində sabitliyin əldə edildiyini deyən V. Əhmədov bank sektorunda sağlamlaşdırmanın vacib olduğunu vurğulayıb: "Mən dəfələrlə təklif etmişəm ki, bank sektorunun təmsilçiləri Milli Məclisə dəvət olunsun. Onlar bizə məlumat versinlər ki, bu proses nə qədər uzanacaq".

 

© APA

15.09.2017 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ