Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Günay Bank" yeni filial açacaq - TƏMİRLƏ BAĞLI TENDER

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Günay Bank" yeni filial açacaq -  TƏMİRLƏ BAĞLI TENDER

"Günay Bank" Açıq Səhmdar Cəmiyyəti yeni açılacaq filialının əsaslı təmir və dizayn işləri məqsədilə açıq tender elan edir.

 

Tender sənədləri ilə “Günay Bank” ASC-nin Bakı şəhər Aşıq Alı küçəsi 3A ünvanında yerləşən baş ofisində və ya www.gunaybank.com saytında tanış olmaq mümkündür.

 

Tender iştirakçılarına təklif olunur ki, öz yazılı təkliflərini qeyri-şəffaf zərfdə, bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: münasib qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti.

 

Əlaqələndirici  şəxs: Elşən Allahverdiyev mob: 0503382035
mail: [email protected]

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.


Tenderdə iştirak etmək üçün sənədlər Bakı şəhər Aşıq Alı küçəsi 3A ünvanda yerləşən “Günay Bank” ASC-nin baş ofisinə təqdim olunmalıdır. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.   

15.09.2017 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ