Caspian Energy Transport Forum-a qeydiyyat davam edir
"Sentyabrın 20-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə keçiriləcək Caspian Energy Transport Forum-un iştirakçılarının qeydiyyatı davam edir", - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, foruma qeydiyyat sentyabrın 19-dək açıq olacaq.
Qeydiyyat üçün link:http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017
"Forumun açılışında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, "Azərbaycan Dəmir Yolları" ASC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin və "Bakı Metropoliteni" QSC-nin rəhbər və müavinlərinin iştirakı gözlənilir", - deyə Telman Əliyev söyləyib.
Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Aİ dövlətlərində ildə bir neçə dəfə keçirilir və neft, eləcə də qeyri-neft sektoru şirkətləri üçüm meydan rolunu oynayır.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin, eləcə də startapların inkişafı üzrə layihələrə informasiya və təşkilatçılıq dəstəyi göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
6 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
8 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl