Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bütün kreditlərə zamin durmaq çətin olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bütün kreditlərə zamin durmaq çətin olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması ilə təminatsız sahibkarlar kredit ala biləcək, üstəlik ödəməli olduqları faizlərin bir hissəsindən azad olacaqlar.


Bunu açıqlamasında maliyyə analitiki, “PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli deyib.


Onun sözlərinə görə, bu da iş adamlarının investisiya xərclərinin azaldacaq.


“Fondun zəmanət verəcəyi kreditlərin parametrələri dəqiq müəyyən olunmalıdır. Yəgin ki, bütün kreditlərə zamin durmaq çətin olacaq. Əgər “Kredit Zəmanət Fondu” ölkədəki digər fondlar kimi gec qərar vermək mexanizmi ilə işləsə, bu, ümumi işə ziyan vura bilər. Amma istənilən halda bu təcrübə qlobal səviyyədə özünü doğruldub, məsələn, Türkiyədə müsbət nəticə verib. Belə fondun təminatı ilə maliyyələşdirmə qonşu ölkədə illik iqtisadi artımı 5%-ə çatdırıb”, - deyə C.İbrahimli qeyd edib.


Bununla belə, ekspertin fikrincə, fondun zəmanət verdiyi kreditlərə ciddi nəzarət olunmalıdır: “Buradakı kreditə dövlət zəmanəti verildiyi üçün lazımsız və riskli layihələrin maliyyələşdirilməsinə imkan verilməməlidir. Əks təqdirdə, bu zəmanət mexanizmi gələcəkdə dövlət büdcəsi və maliyyə sistemi üzərində əlavə yük formalaşdıra bilər”.

 

© Report

15.09.2017 10:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ