Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Renault da tarixi qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Renault  da tarixi qərarını açıqladı

Elektrikli avtomobillərlə bağlı yol xəritəsini açıqlayan markalara Renault da əlavə olundu. Renault-Nissan tərəfdaşlığı, 2022-ci ilə qədər sıfır emissiyalı və elektriklə işləyən 12 modeli bazara çıxaracağını açıqlayıb.
 


 

Reklam_3_11


Avtomobil sənayesində baş verən elektrik çılğınlığı qaza basıb. Bir tərəfdən müxtəlif ölkələr dizel və benzin yanacaq vasitələri qadağan edəcəyini açıqlayarkən, digər tərəfdən də markalar elektrikli avtomobillərlə əlaqədar istehsal planlarını ictimaiyyətinə çatdırırlar.

 

"Marja" xəbər verir ki, Volvo, Land Rover, Volkswagen və Mercedesin açıqladığı planlardan sonra Renault da "karvana" qoşulub.


 
Renault-Nissan-ın İcraçı direktoru Karlos Ghosn, şirətin Alliance 2022 adını verdikləri 6 illik planını açıqlayarkən, 2022-ci ilə qədər sıfır emissiya ixrac edən cəmi 12 elektrikli avtomobil istehsal edəcəklərini bildirib.


 
Plan çərçivəsində eyni zamanda müxtəlif səviyyələrdə öz özünə gedə bilən 40 fərqli modelin təqdimatı da yer alır. Bu modellərin mühüm bir qismini kommersiya vasitələrini əhatə edəcək.


 
Yeni istehsal strategiyası çərçivəsində Renault, Nissan və Mitsubishi Motorsun ortaq bir platformada çalışacağını və birgə fəaliyyətini artacağını qeyd edən Ghosn, "yaradılacaq sinerji ümumi satış həcminin də artmasını təmin edəcək. 2016-cı ilin sonunda bu üç markanın satış həcmi 10 milyon ədəd olub, 2017-də 10.5 milyon ədəd olmasını gözləyirik. 2022 sonunda isə 14 milyona çıxacaq" deyə bildirib.


 
Elektrikli maşınlardakı batareyanın maya dəyərini də aşağı salmağı qarşısına məqsəd qoyduqlarını ifadə edən Ghosn, eyni zamanda dolum müddətlərini azaltmaq mövzusunda da çalışdıqlarını sözlərinə əlavə edib.

15.09.2017 11:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ