Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Türkiyə və Rusiya pomidor ixracı üçün protokol imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə və Rusiya pomidor ixracı üçün protokol imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya-Türkiyə arasında pomidor ixracının önünün açılması istiqamətində protokol imzalanıb
 


 

"Marja" xəbər verir ki, Antalyada bir oteldə keçirilmiş Rusiya-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 1-ci İclası yekunlaşıb. 

 

İki gündür davam edən toplantının sonunda, iki ölkənin tələb və istəklərinin əks olunduğu anlaşma memorandumu hazırlanıb.

 

Memoranduma, Türkiyə adından Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq nazirinin müavini Mehmet Daniş, Rusiya Federasiyası adından Kənd Təsərrüfatı nazirinin müavini Yevgeniy Gromiko imza atıb.


 
İmza mərasimində danışan Daniş, iki gündür davam edən müzakirələr sonunda "birgə anlaşma memorandumu" ortaya qoyulduğunu söyləyib.

 

Başda tərəvəz ixracı olmaq üzrə, ağ və qırmızı ət ixracı, pomidor, badımcan, nar məsələlərində xüsusi danışıqlar apardıqlarını ifadə edən Daniş, ümumi çərçivədə də danışıqlar aparıldığını deyib.
 

 
Türkiyədən Rusiyaya pomidor ixracı məsələsində Rusiya tərəfinin texniki hazırlıqlarını tamamladığını ifadə etdiyini bildirən Daniş deyib:


 
"Pomidorun önündəki maneə Rusiya Federasiyasının hökumətinin fərmanı və bu fərmanının ləğv edilməsi lazımdır. Gözləntimiz çox qısa bir müddətdə, xüsusən qarşıdakı bir neçə ay ərzində bu məsələ ilə bağlı Rusiya hökumətinin fərmanda dəyişikliyə getməsi və pomidor ixracının önünün açılmasıdır. Bundan bşqa karantin məsələləri var. Bunların sürətlə həll edilməsi üçün qərarlar verdik. Dolayısı ilə, faydalı müzakirələr oldu, texniki mənada tərəflərin bir-birinə daha çox yaxınlaşdı, problemlər arxada qaldı. Ümid edirik ki, bu danışıqlar hər iki ölkənin istehsalçıları üçün də, istehlakçıları üçün də xeyirli olar".

15.09.2017 12:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ