Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Surinam maliyyə nazirləri görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Surinam maliyyə nazirləri görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Bakıda səfərdə olan Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad arasında görüş keçirilmişdir.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, Surinam Respublikasının maliyyə-iqtisadi vəziyyəti barədə məlumat verən J.Hoefdrad dünya əmtəə bazarlarında qiymətlərin enməsi nəticəsində ölkəsinin üzləşdiyi çətinliklərdən bəhs etmiş, bir sıra sahələrdə Azərbaycanın təcrübəsinin onlar üçün maraqlı olduğunu ifadə etmişdir.

Reklam_3_11

 

Öz növbəsində S.Şərifov qlobal böhranın, əmtəə məhsullarının, xüsusiylə neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında yaratdığı mənfi fəsadlara rəğmən prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitliyin bərqərar olunması, bank sektorunda həyata keçirilən sağlamlaşdırma və köklü restrukturizasiya tədbirləri, büdcə yığcamlaşdırılması və maliyyə intizamının daha da gücləndirilməsi, investisiya və işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O eyni zamanda, ölkə prezidentinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın postneft dövrünə hazır olmasının vacibliyini nəzərə alaraq, ölkə iqtisadiyyatının sürətlə şaxələndirilməsi və inklüziv iqtisadi artımın təmin edilməsinin hazırda qarşıda duran əsas çağırış olduğunu vurğulamışdır.

 

Görüş zamanı beynəlxalq maliyyə təşkilatlarında birgə fəaliyyət və əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

15.09.2017 14:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ