Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Nazir: Dovşanları yeyin

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Dovşanları yeyin

Uzun müddətdir ki, dərin iqtisadi böhranla boğuşan Venesuelada hökumət, ölkədə baş verən aclıq probleminə qarşı çıxış yolu axtarır.


 
"Marja" xəbər verir ki, son olaraq Maduro hökumətinin Kənd Təsərrüfatı Naziri Freddy Bernal, vətəndaşlarını qıtlıqla mübarizə aparmaq üçün dovşanları yeməyə çağırıb.

Reklam_3_11


 
"Dovşan Planını" açıqlayan Nazir Freddy Bernal, "Burada mədəni bir problem var, çünki dovşanların sevimli ev heyvanları olduqlarını düşünürük. Dovşan bir ev heyvanı deyil. Kolestrolsuz, yüksək zülal dəyəri olan 2.5 kilo ətdir", -ifadələrini istifadə edib.


 
Maduro müxalifləri isə Nazir Bernalin "Dovşan Planını" topa tutub. İki dəfə müxaliflərin başçı namizədi olan Henrique Capriles çəkdiyi videoda, "Ciddisiniz? Ölkədəki aclıq problemini həll etmək üçün insanların dovşan yetişdirməsini istəyirsən"? Şəklində danışıb.


 
Müxaliflər, uzun müddətdir yüksək inflyasiya və valyuta qiymətlərindəki artım səbəbilə iqtisadi böhranla boğuşan ölkədə bu tip fikirlərin absurd olduğunu və problemin neft qiymətlərinə asılı sosialist modelin çökməsilə bağlı olduğunu bildirir.


 
Maduro hökuməti isə, ölkəsinin müxaliflər və ABŞ rəhbərliyi tərəfindən yürüdülən iqtisadi müharibənin bir qurbanı olduğunu deyir.

15.09.2017 19:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ