Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft, ABŞ-da buruqların azalması ilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-da buruqların azalması ilə bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın neft sənayesi görünüşü və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən qazılan neft quyularının sayı bu həftə yenə geriləyib.



 
"Marja" xəbər verir ki, dünyanın ən böyük neft sahəsi xidmət şirkətlərindən "Baker Hughes"ın həftəlik məlumatlarına görə, Amerikanın neft sənayesində bu həftə qazılan neft quyularının sayı 7 ədəd azalıb, 11-15 Sentyabr tarixlərini əhatə edən həftədə 749-a düşüb.
 

Reklam_3_11

Beləliklə, ölkədəki qazılan neft quyularının sayında son 5 həftədə 4 dəfə azalma baş verib.


 
ABŞ-da qazılan neft quyularının sayı  2014-cü ilin Oktyabr ayında 1609 ilə ölkə tarixində ən yüksək səviyyədə, aşağı neft qiymətlərinin Amerika neft sənayesinə mənfi təsir etməsilə keçən ilin may ayında 316-ya geriləyərək, 80 faiz ilə tarixi bir azalma qeyd etmişdi.


 
NEFT HASİLATI ÖTƏN HƏFTƏ TOPARLANIB


 
Digər tərəfdən, Harvey Qasırğası səbəbilə ABŞ-ın xam neft istehsalında kəskin azalma görülməsinin ardından ötən həftə ölkənin xam neft hasilatı artmağa başlayıb.


 
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı keçən həftə gündəlik orta hesabla 572 min barel artımla 9,35 milyon barelə yüksəlib.


 
 EIA-nın  sentyabr ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon, gələn il də 9,8 milyon barrel olması nəzərdə tutulur.


 
NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB


 
ABŞ-da qazılan neft quyularının sayıda bu həftə azalma olmasının ardından, qlobal bazarda neftin qiymətlərində artım görülüb.


 
Brent növü neftin barrel qiyməti 55,85 dollara, ABŞ-ın Qərbi Texas tipli neftin barrel qiyməti də 50,12 dollara qədər yüksəlib.

16.09.2017 09:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ