Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Lombardda vətəndaşları belə aldadırlar . . .

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lombardda vətəndaşları belə aldadırlar . . .
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lombard işçiləri arasında növbəti dələduzluq faktını Bakının Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları aşkarlayıblar.


Polis idarəsinə 1991-ci il təvəllüdlü şəhər sakini Qəhrəman Mustafayevdən şikayət ərizəsi daxil olub. Ərizəçi bildirib ki, 2016-cı ilin dekabrından 2017-ci ilin sentyabrına qədər o, Fətəli xan Xoyski küçəsindəki 138 nömrəli binada yerləşən lombardın işçisi, Lənkəran sakini, 1990-cı il təvəllüdlü Abbasov Elnur Çingiz oğlundan bahalı zərgərlik məmulatları alıb.

Reklam_3_11


Yalnız bu yaxınlarda Mustafayev aldadıldığını bilib. Sən demə, Abbasov qızıl zinət əşyaları ilə birlikdə adi bijuteriyaları da sırıyıb və beləliklə, Mustafayevə məxsus 20 min manatı mənimsəyib. Fırıldaqçılıq faktı Mustafayev bijuteriyaları zərgərə əsl qızıl zinət əşyaları kimi satarkən üzə çıxıb.


Hazırda faktla bağlı araşdırma aparılır. Abbasov hələlik saxlanılmayıb.


Polis hər ehtimala qarşı lombardlara qızıl əşyalarını girov qoyan vətəndaşları ayıq olmağa çağırıb.

 

Vətəndaşlara pul müqabilində girov qoyduqları qızıl-zinət əşyalarını lombarddan geri alarkən diqqətli olmaq, onları zərgərdə yoxladaraq saxtalaşdırılmadığını dəqiqləşdirmək tövsiyə edilir. "Bilmək olmaz, lombard işçiləri vətəndaşların girov qoyduqları zinət əşyalarını onların saxta analoqları olan bijuteriyalarla əvəz edə bilərlər" — deyə hüquq mühafizəçiləri xəbərdarlıq edib.

 

© Sputnik

16.09.2017 09:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ