Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

3 avtomobil markasının Azərbaycandakı rəsmi təmsilçisi dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 avtomobil markasının Azərbaycandakı rəsmi təmsilçisi dəyişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Jeep”, “Dodge” və “Chrysler”in Azərbaycandakı rəsmi təmsilçisi dəyişib. Fins.az-ın məlumatına görə, 2017-ci ildən yeni “Jeep”, “Dodge”, “Chrysler” avtomobillərini Azərbaycana “Avtolux Azerbaijan” şirkəti gətirəcək.

 

Şirkətdən verilən məlumata görə, hər 3 marka ilə bağlı ötən ilin sentyabr ayında zavodla əldə edilən razılaşmaya əsasən, bu brendlərin Azərbaycanda rəsmi təmsilçisi “Avtolux Azerbaijan” seçilib. Qeyd edək ki, buna qədər “Jeep” “Dodge”, “Chrysler” marklarını Azərbaycanda rəsmi idxalçısı “Auto Azerbaijan” şirkəti idi. “Avtolux Azerbaijan”dan əlavə ediblər ki, “Auto Azerbaijan” stokda qalan bu markaya aid avtomobilləri sata bilər. Bu ildən etibarən yeni modellərin gətirilməsi hüququ isə rəsmi olaraq “Avtolux Azerbaijan”a verilib.

 

Xatırladaq ki, bununla da “Avtolux Azerbaijan”ın satışını həyata keçirəcəyi avtomobil markalarının sayı 7-ə çatıb. Buna qədər şirkət “Ferrari”, “Lamborghini” və “Aston Martin” superkarlarının rəsmi təmsilçisi idi.

 

Şirkət bundan əlavə yanvar ayının sonunda ilk dəfə olaraq “Alfa Romeo” modelini təqdim edəcək.

 

©Fins.az

09.01.2017 12:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ