25-ci "SOCAR" istifadəyə verildi
Goranboy rayonu, Cinli Boluslu kəndində “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
“SOCAR PETROLEUM” QSC-dən bildirilib ki, sayca 25-ci olan bu YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kolonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatika sistemi kimi innovativ yeniliklər tətbiq edilib. “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kolonka quraşdırılıb. Bununla da, 6 kiçik avtonəqliyyat vasitəsi və 4 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Yeni YDM-in açılışında iştirak edən “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov bir neçə il əvvəl Prezident İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi sözləri xüsusilə vurğulayıb: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”.
O qeyd edib ki, bu prinsiplərə dayanaraq Azərbaycan ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi aktiv şəkildə genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 45 nəfər işçi çalışır.
Açılış mərasimində tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda, YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl