Fermerlər nə qədər “ağ qızıl” yığıblar?

Yanvarın 9-dək ölkə üzrə pambıq tədarükü 88 min 596,9 ton təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton).

 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, pambıq tədarükünə görə Biləsuvar rayonu birinci yerdədir. Rayonun fermerləri tarlalardan 11966,7 ton “ağ qızıl” yığıblar. Saatlıda 11924,5 ton, İmişlidə 10096,9 ton, Ağcabədidə 8704,4 ton, Beyləqanda 7810 ton pambıq tədarük olunub.

 

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

 

©Azərtac

9 Yanvar 2017, 15:47   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]