Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Brent neftinin qiyməti 56 dollara yaxınlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Brent neftinin qiyməti 56 dollara yaxınlaşıb

Neft qiymətləri, ABŞ-da qazılan quyuların sayının azalması ilə əlaqədar olaraq bahalaşıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, neftin qiyməti Nyu Yorkda, keçən həftə 5.1 artmasının ardından bu gün çox dəyişməyib. 

 

Baker Hughes-ın açıqladığı məlumatlara görə, ABŞ-da qazılan quyuların sayı 7 düşərək 749-a enib. Quyu sayı son beş həftədə artmayıb və Avqust, 2016-cı ilin May ayından bu yana azalan  ilk ay olub. Bu ay üçüncü qasırğa Karib adalarına yönəlib və yol boyunca güc qazanır.

 

Neft son iki həftədə bahalaşıb. keçən həftə Beynəlxalq Enerji Agentliyi (IEA)  2017-ci il üçün tələb artımı təxminini artırıb.

 

Analitiklər bildirirlər ki,  qiymətlərin keçən həftə 50 dollardakı müqaviməti qıraraq üzərinə çıxması mühümdür. Tələbin artdığına dair bəzi işarələr var və qazılan quyuların sayındakı azalma bir müddət sabitliyə işarə edir.

 

Bakı vaxı ilə saat 08:00-a olan məlumata görə, Qərb Teksas nefti (WTI) Nymex birjasında 49.91 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 55.72 dollardan alıcı tapıb.

18.09.2017 06:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ