Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu yarış Bakıda ilk dəfə keçiriləcək - 30 000 manat mükafat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu yarış Bakıda ilk dəfə keçiriləcək - 30 000 manat mükafat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 sentyabrda  FHN Təlim-Tədris mərkəzində “Gilan Holding”in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə maneəli ekstremal yarışma keçiriləcək.


 
“Mübarizlər” layihəsi  ekstrimsevərlərə fəal istirahətin tam yeni formatını təklif edir - çətin keçilən ərazidə maneəli qaçış.
 

Reklam_3_11


Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.


 
Komanda iştirakı üçün 5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.


 
Çətin marşrutu seçənlər çempionat iştirakçısı olmaqla 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibi pul mükafatına layiq görüləcək.


 
Hər iki format üçün parking, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.


 
İdman formasından asılı olmayaraq yarışmada istəyən hər kəs iştirak edə bilər –sadəcə mubarizler.az saytında qeydiyyatdan keçmək kifayətdir.


 
Hal-hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilərək, bu yarışmalar artıq klassik idman növlərini geridə qoyur.


 
Dünyanın ən məhşur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyat yaratmaq üçün bu unikal şansı əldə etməyi sizə təklif edirik.

18.09.2017 08:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ