Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fed-in iclasından nə gözlənilir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in iclasından nə gözlənilir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

20 Sentyabrda ABŞ Mərkəzi Bankı Fed-in növbəti toplantısı keçiriləcək. 

 

"Marja" xəbər verir ki, Fed rəsmilərinin, Avqust ayında sürətlənmiş inflyasiyaya baxmayaraq faizləri artırmayacağı gözlənilir.  Rəsmilər inflyasiyanın sürətləndiyinə dair daha çox sübut görmək üçün gözləməyi üstün tutacaqlar. 


 
Fed-in Çərşənbə günü faizləri 1-1.25% aralğında saxlayacağı gözlənərkən, 4.5 trilyon dollarlıq balansını azaltmağa başlayacağını bəyan edəcəyi gözlənilir. Balansın azaldılması addımı, bazarlarda yaxından izləməklə bərabər, istiqraz bazarlarında narahatlığa səbəb olub.
 
 
 
Ötən həftə açıqlanan inflyasiya göstəricisinə görə, istehlakçı qiymətləri Avqust ayında 1.7%-dən 1.9%-ə qalxıb. Bu, Federal Açıq Bazar Komitəsindəki "şahinlərə" (faiz artımağın tərəfdarı olanlara) bir az rahatlıq verib. Ancaq Fed rəsmilərinin, ölkədə beş ay ərzində aşağı qalan inflyasiya rəqəmləri nəzərə alındıqda, ani bir qərar verməyəcəkləri gözlənilir.   


 
Fed, mərhələli faiz artırmaq planından geri çəkilməyə dair də heç bir işarə verməyib.


 

 ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN!


 
İnflyasiya məsələsində qeyri-müəyyənliyə baxmayaraq, Fed, balansı azaltmaq planlarını qətiyyətlə davam etdirir. Fed, Çərşənbə günü balansı azaltmaq prosesinin başlanğıc tarixini böyük ehtimalla açıqlayacaqdır. Əksər iqtisadçı, bu prosesin Oktyabr ayında başlayacağını gözləyir. Balansın azaldılması, dövriyyədəki Dollar kütləsinin bir hissəsinin yığılacağı deməkdir. 

 

Fed faiz qərarını 20 Sentyabr, Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. 22:30-da Fed sədri Janet Yelen mətbuat konfransı keçirəcəkdir. 

18.09.2017 08:34

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ