Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

558 xarici investisiyalı şirkət qeydiyyata alınıb - TÜRKİYƏ BİRİNCİDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
558 xarici investisiyalı şirkət qeydiyyata alınıb - TÜRKİYƏ BİRİNCİDİR

Dövlət qeydiyyatının “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmasına başlanmasından ötən müddət ərzində 36 min 254 hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

 

Reklam_3_11

Bu ilin 8 ayı ərzində 4282 hüquqi şəxs dövlət qeydiyyatına götürülüb. Onların 97,3 faizi məhdud məsuliyyətli cəmiyyət təşkilati hüquqi formasında yaradılıb.

 

Qeyd olunub ki, hazırda say bölgüsü baxımdan yerli investisiyalı müəssisələr üstünlük təşkil edir. Lakin son dövrlər xarici investisiyalı müəssisələrin qeydiyyatında da yüksək dinamika özünü göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatının “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmasına başlanmasından ötən müddət ərzində dövlət qeydiyyatına alınmış 36.254 hüquqi şəxsdən 5470-i xarici investisiyalı müəssisələrdir ki, bu da qeydiyyata alınan müəssisələrin 15,1 faizini təşkil edir.

 

Son 8 ay ərzində qeydiyyata alınan 558 xarici investisiyalı müəssisələrdən 147-si (26,3 faiz) Türkiyə Respublikasının, 81-i (14,5 faiz) İran İslam Respublikasının, 52-si (9,3 faiz) Pakistan İslam Respublikasının, 39-u (7 faiz) Rusiya Federasiyasının, 29-u (5,2 faiz) Hindistan Respublikasının, 25-i (4,5 faiz) Ukraynanın, 25-i (4,5 faiz) Gürcüstanın, 160-ı isə (29 faiz) digər xarici ölkələrin investorlarıdır.

18.09.2017 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ