Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropa ölkəsində Azərbaycanın Ticarət Evi açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa ölkəsində Azərbaycanın Ticarət Evi açılacaq

2017-ci ilin sonuna kimi Ukraynada Azərbaycanın Ticarət Evinin açılışı olacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Reklam_3_11

“Bu ilin sonunadək Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır ki, bu, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında əhəmiyyətli olacaq”, - Ş.Mustafayev Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko ilə görüşdə bildirib.

 

Bundan başqa, həmsöhbətlər əczaçılıq, kimya sahələrində əməjkdaşlıq perspektivlərini müzakirə ediblər. bir sıra Ukrayna şirkətlərinin Azərbaycanda əczaçılıq sahəsinə maraq göstərdiyini və bu istiqamətdə görüşlərin keçirildiyini diqqətə çatdıran Ş.Mustafayev Ukrayna şirkətlərinin ölkənin sənaye parklarında investorlar üçün yaradılmış imkanlardan istifadə edə biləcəyini vurğulayıb.

 

Nazir vurğulayıb ki, Ukrayna Azərbaycanın tranzit imkanlarından yararlana bilər.

 

Səfir Aleksandr Mişenko qeyd edib ki, Azərbaycanda Ukrayna məhsullarının satıldığı mağaza fəaliyyət göstərir və növbəti mağazanın açılması planlaşdırılır.

 

Bu ilin oktyabrında Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Azərbaycana səfər edəcəyini bildirən səfir səfər zamanı bir sıra görüşlərin keçirilməsinin, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparılmasının nəzərdə tutulduğunu vurğulayıb.

 

© İnterfaks-Azərbaycan

18.09.2017 09:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ