Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Dərsliklərin yazılmasında inhisarçılıq var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dərsliklərin yazılmasında inhisarçılıq var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün dərsliklərin yazılmasında inhisarçılıq var. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir:

 

“Bir dərslikdə nə qədər xronologiya, nə qədər adam adı ola bilər? Tarix dərsliklərinə verilən tələblər ayrıdır. Bizim dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistika aşılamamalıdır”.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafael Hüseynov təklif edib ki, dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsi hazırlansın.

 

Onun fikrincə, Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlər görülməlidir:

 

“Son dövrlərdə dərsliklərlə bağlı tənqidi fikirlər çox səslənir. Məsələnin aktuallığı nəzərə alınaraq, Təhsil Nazirliyinin Ekspertiza Şurası da yaradılıb. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, dərslik siyasətinin qənaətbəxş olduğu barədə nəsə deyə bilmərik. Dərslik siyasəti sahəsində qanunvericilik çərçivəsində müəyyənləşən istiqamətlərimiz olmalıdır. Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi olmalıdır. Elə parametrlər olsun ki, hansı müəllifin yazmasından asılı olmayaraq, həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

 

© Trend

18.09.2017 11:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ