Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Devalvasiya təhlükəsi uzaqlaşır - profisit 2 dəfədən çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Devalvasiya təhlükəsi uzaqlaşır - profisit 2 dəfədən çox artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın 2017-ci ilin II rübündə tədiyyə balansı 966 milyon ABŞ dolları həcmində profisitlə tamamlanıb.

 

İlk rübdə bu profisit 464 milyon dollara bərabər olub. Nəticədə, II rübdə tədiyyə balansında yaranan profisit rüblük müqayisədə 2,1 dəfə artıb.

 

Qeyd edək ki, yarımillik profisit isə 1 milyard 430 milyon dollara yüksəlib.

 

KİÇİK VƏ ORTA BİZNES KREDİTLƏRİ

 

Xatırladaq ki, 2014-cü ilin son rübündən etibarən Azərbaycanın tədiyyə balansı kəsirlə tamamlanmağa başlayıb və bu durum 2016-cı ilin ilk rübünə qədər davam edib.

 

Ötən ilin II rübündə stabilləşmə bərpa olunub və tədiyyə balansı 18 milyon dollar həcminə profisitlə yekunlaşıb. Həmin ilin III rübündə profisit 62 milyon dollar, IV rübdə 651 milyon dollar təşkil edib.

 

MAL İDXALI 18 FAİZ ARTIB, İXRAC İSƏ DƏYİŞMƏYİB

 

Cari ilin II rübündə Azərbaycana idxal olunan malların dəyəri 299 milyon dollar və ya 17,9% artaraq 1 milyard 965 milyon dollar təşkil edib.  

 

Hesabata görə, Azərbaycan ilk rübdə 1 milyard 666 milyon dollarlıq mal idxal edib. 

 

Bu ilin II rübündə qeyri-neft sektoru üzrə mal idxalı isə 314 milyon dollar və ya 22,6% artaraq 1 milyard 706 milyon  dollar təşkil edib. İlk rübdə bu göstərici 1 milyard 392 milyon dollar olub.


Azərbaycan II rübdə 3 mlyard  555 milyon  dollarlıq mal ixrac edib. İlk rüblə müqayisədə ciddi dəyişiklik olmayıb. Belə ki, Azərbaycan ilk rübdə 3 milyard 556 milyon  dollarlıq mal ixrac edib. Azərbaycanın qeyri-neft sektorunun ixracı II rübdə ilk rüblə müqayisədə 204 milyon dollar və ya 80,3% artaraq 459 milyon dollara çatıb.
İxracın strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 12,9%-ə yüksəlib. İlk rübdə bu göstərici 7,1% təşkil edib.

 

© Report

18.09.2017 11:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ