Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Vergilər “Turan”ın bank hesablarını açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər “Turan”ın bank hesablarını açıb

Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb.

 

Bu barədə “Turan” özü məlumat yayıb.

 

Agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilmədiyi isə hələ dəqiq məlum deyil.

 

Bundan əvvəl Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv etmişdi..


Xatırladaq ki, Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.


"Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Sentyabrın 11-də isə Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib. Həmin gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və M.Əliyev azadlığa buraxılıb.

18.09.2017 12:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ