Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünya Bankı Palataya dəstək göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı Palataya dəstək göstərəcək

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüş zamanı Dünya Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə həyata keçirdiyi maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ikinci fazası çərçivəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran hədəflər barədə geniş müzakirələr aparılıb.

 

Mersi Tembon Palatanın qısamüddətli fəaliyyəti dövründə təşkilatlanması və maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini və bundan sonra da Dünya Bankı qrupu tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirib.

 

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı dəstəyə görə Mersi Temboya təşəkkür edib və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümid etdiyini vurğulayıb.

 

Görüş iştirakçıları Dünya Bankının Azərbaycanda mövcud və gələcək fəaliyyət istiqamətləri, xüsusilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın perspektivləri barədə danışdılar. 

18.09.2017 12:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ