Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Bank Ombudsmanı” və “Yapı Kredi Bank” əməkdaşlıq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Ombudsmanı” və “Yapı Kredi Bank” əməkdaşlıq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 18-də “Bank Ombudsmanı”(BO) ilə “Yapı Kredi Bank” QSC arasında əməkdaşlıq haqqında görüş keçirilib.

 

Banklar Assosiasiyasından "Marja"ya daxil olmuş məlumata görə, görüşdə “Yapı Kredi Bank”ın İdarə Heyətinin üzvü Şəhla Səmədova, Hüquq Departamentinin direktoru Teymuraz Əmirov, Uyğunluq və Daxili Nəzarət şöbəsinin müdiri Ramil Məmmədov, eləcə də Bank Ombudsmanı İkram Kərimov, Ombudsmanın Məsul katibi Elçin Həsənov və ABA-nın “Hüquqi Məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev iştirak edib.

 

Görüş zamanı Ombudsmanın Əsasnaməsi və Reqlamenti ilə bağlı bəzi təkliflər, Bank Ombudsmanının hansı işlərə baxması, Bank Ombudsmanının verdiyi qərarların tərəflər üçün hansı hüquqi nəticə yaradacağı, eyni zamanda Bank Ombudsmanı ilə “Yapı Kredi Bank” arasında olacaq əməkdaşlığın detalları müzakirə olunub.

 

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 23 bank üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

18.09.2017 16:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ